"Bu görüş yeni Yalta konfransına çevrilmədi" Dünya

"Bu görüş yeni Yalta konfransına çevrilmədi"

Çində keçirilən D.Tramp, V.Putin və Si Cinpin arasında üçtərəfli görüşdə tərəflər birgə Sülh Bəyannaməsi imzalayıblar. Xüsusilə Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü faktını nəzərə alsaq, adın özü belə riyakarcasına səslənir. Lakin "realpolitik" (real siyasət) belədir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının sabiq deputatı Artur Bilous deyib.

"Liderləri özlərini dünyada aparıcı hesab edən üç dövlət BMT-nin islahatlara ehtiyacı olduğunu bəyan edib, neft hasilatının inkişafının, Beynəlxalq Cinayət Məhkəməsinin mandatının məhdudlaşdırılmasının tərəfdarı və nüvə silahının tətbiqinin əleyhinə çıxış ediblər.

Düşünürəm ki, bu görüş yeni Yalta konfransına çevrilmədi. Avropada və Ukraynada ehtiyat edildiyi kimi, "üçlükdə razılaşıb" dünyanı nüfuz dairələrinə bölmək alınmadı. Heç çətin ki, belə bir məqsəd də qoyulmuşdu" - o, deyib.

A.Bilous deyib ki, axı Yalta və Potsdam müharibədən sonrakı razılaşmaları onları imzalayan dövlətlərin silahlı gücünə əsaslanırdı. SSRİ, ABŞ və Britaniyanın bu rolda hökmranlığı o vaxt heç kimdə şübhə doğurmurdu.

Bu gün isə vəziyyət bir qədər fərqlidir. Rusların ukraynalılara, amerikalıların isə iranlılara qarşı müharibədə nəzərəçarpan uğurlarının olmaması göstərir ki, "hegemon" dövlətlərlə "satellit" (asılı) dövlətlər arasındakı uçurum getdikcə daha da xəyali xarakter alır:

"Bununla belə, hakimiyyətimiz özünü xülyalarla aldatmamalıdır. Krım körpüsünə endirilən zərbə çətin ki, gözlənilən effekti vermiş olsun. Çətin ki, Tramp və ya Si bu körpünün dəqiq harada yerləşdiyini bilsinlər".

Cavid