19 Noyabr 17:13
19 Noyabr 15:19
09:48
210
Çinin Şençjen şəhərində keçirilən görüş yeni dünya nizamı yaratmaq cəhdlərindən xəbər verir. Təəssüf ki, Ukraynanın əsas tərəfdaşına çevrilən, ona silah və döyüş sursatı tədarük edən, eləcə də Ukraynanın Rusiya təcavüzündən müdafiəsini maliyyələşdirən Avropa öz mövqelərini və Ukraynanın maraqlarını müdafiə etmək üçün oraya düşə bilmir.
Bunu xalqcebhesi.az-a Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko deyib.
"Lakin həm ABŞ, həm Çin Xalq Respublikası (ÇXR), həm də Rusiya Federasiyası (RF) bəyan edirdilər ki, bu, Avropa müharibəsidir və onu avropalılarla birlikdə həll etmək lazımdır. Buna görə də Avropada tədricən RF ilə danışıqlar aparmaq üçün NATO və Avropa İttifaqı (Aİ) ilə birlikdə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Polşa nümayəndələrindən ibarət heyətin formalaşdırılması qərarına gəliblər. Hazırda avropalılar ümumi danışıqlar mövqeyinin formalaşdırılması üzərində işləyirlər. Bu, Ukrayna rəhbərliyinin baxışlarına uyğundur.
Çətinlik ondadır ki, ABŞ, Çin və Rusiya təkcə Ukrayna ilə bağlı deyil, qlobal məsələləri də Avropasız həll edirlər. Prezident Volodimir Zelenskinin Ukraynanın danışıqlardan kənarda saclanmadına etiraz bəyanatı da məhz bundan bəhs edir".
Cavid