“545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib” Hadisə

“545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib”

"Sosial şəbəkələrdə küçə səviyyəsində olan 5-6 şəxsi nəzərə almasaq, seçkiqabağı təşviqatla bağlı hər hansı xoşagəlməz hala rast gəlinmir".
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, sosial şəbəkələrdəki həmin insanlar əslində özlərini hörmətdən salırlar: "İctimai Televiziyada debatlar zamanı isə müəyyən kənara çıxmalar, xoşagəlməz hallar olsa da, bu, ciddi xarakter daşımır. Ümumilikdə, seçkiqabağı təşviqat prosesini normal qiymətləndirmək olar".
"İndiyə qədər 545 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib"-deyən MSK sədri bildirib ki, beynəlxalq müşahidəçilərin qeydiyyatı prosesi davam edir: "Qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 53 min nəfəri ötüb".