Suriyada döyüşmüş 5 Azərbaycan vətəndaşı həbs edilib Hadisə

Suriyada döyüşmüş 5 Azərbaycan vətəndaşı həbs edilib

Suriyada döyüşlərdə iştirak edən 5 Azərbaycan vətəndaşı həbs edilib.
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Balakişiyev Mehman Pirbala oğlu və onunla birlikdə Suriyada döyüşlərdə iştirak etmiş, hələlik adları açıqlanmayan dörd nəfər azərbaycanlı Suriyadan Türkiyəyə gələrkən həbs olunublar və Naxçıvan Muxtar Respublikasının hüquq-mühafizə orqanlarına təhvil veriliblər.
Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.
Qeyd edək ki, İraq və Suriyadakı terror qruplaşmalarının tərkibində 100-dən azərbaycanlının döyüşdüyü barədə məlumatlar yayılıb. İraq Şam İslam Dövləti (İŞİD) onlara "islam pasportu" verməyə başlayıb. Onların arasında azərbaycanlılar da var. Qeyd edək ki, bir müddət əvvəl Suriyada gedən döyüşlərə qatılan azərbaycanlılar Azərbaycan pasportlarını cıraraq fotolarını sosial şəbəkələrdə paylaşmışdılar. Onlar bu addımı bir daha Azərbaycana qayıtmaq niyyətində olmadıqları üçün atdıqlarını qeyd ediblər.