Baş Prokurorluq deputata qarşı ittiham irəli sürüb Hadisə

Baş Prokurorluq deputata qarşı ittiham irəli sürüb

"Marneuli rayonunun rəhbəri Temur Abazov rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı hərəkətinə görə saxlanılıb. Onu 5 ildən 10 ilədək həbs gözləyir".
Bu barədə Gürcüstan Baş Prokurorluğunun Kvemo Kartli bölgəsi üzrə idarəsində keçirilmiş brifinqdə bildirilib.
Həmin faktla bağlı deputat Azər Süleymanov, Marneuli sakrebulosunun üzvü Ramin Allahverdiyev və T. Abazovun qohumu E.Q. adlı şəxsin adı istintaq materiallarında keçir. Günahlarının sübut olunacağı təqdirdə, onları 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Artıq Baş Prokurorluq A. Süleymanova qarşı ittiham irəli sürülməsi ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, Gürcüstanın Baş Prokurorluğu parlamentin deputatı Azər Süleymanovdan girov tələb edib.
A. Süleymanovun parlament üzvü kimi toxunulmazlığı onu saxlanma və həbsdən müdafiə edir. Qeyd olunub ki, A. Süleymanov Marneuli insidenti ilə bağlı daha yüngül əməldə günahlandırılır. Hazırda A. Süleymanovun toxunulmazlığının aradan qaldırılması məsələsi nəzərdən keçirilmir.