Kəmaləddin Heydərov Bərdədə vətəndaşları qəbul edəcək Hadisə

Kəmaləddin Heydərov Bərdədə vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən iyunun 27-də Bərdə şəhərində vətəndaşların qəbulu keçiriləcək.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, saat 11.00-da başlayacaq qəbulda yalnız Bərdə, Tərtər və Ağdam rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin binasında (ünvan: Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1) 26 iyun 2014-cü il tarixində saat 09:00-dan başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə: tel: +994 (12) 512-01-14+994 (12) 512-01-14
e-mail: [email protected]