Əli Abbasov Qaxda vətəndaşları qəbul edəcək Hadisə

Əli Abbasov Qaxda vətəndaşları qəbul edəcək

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iyulun 5-i saat 09:30-da Qax rayonunda (Qax, Zaqatala, Balakən, Şəki, Oğuz) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
Nazirliyin mətbuat xidmətindən "APA-Economics"ə daxil olan məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.