Deputatlar və jurnalistlər Bakı Nəqliyyat Agentliyində olublar Hadisə
Dekabrın 1-də Parlament Jurnalistlər Birliyi (PJB) Bakı Nəqliyyat Agentliyinə mediatur təşkil edib. Tədbirdə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli, Milli Məclisin deputatları Hadi Rəcəbli, Tahir Mirkişili, Aydın Hüseynov, Naqif Həmzəyev, Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı, və mətbuat nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları öncə "BakuBus" MMC-nin fəaliyyəti ilə yaxından tanış olublar. Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli "BakuBus" MMC-nin fəaliyyəti barədə brifinqdə tədbir iştirakçılarına geniş məlumat verib. O bildirib ki, hazırda Bakıda 41 daşıyıcı şirkət var. "Bakubus"da daxil olmaqla, cəmi 3-4 şirkət vətəndaşları məmnun edəcək xidmət göstərir". Gün ərzində Bakıda avtobuslarla 2,7 milyon sərnişin daşınır. Bunun da təqribən 17 faizi "BakuBus"ın payına düşür. İstəyirik ki, 85 faizə qədər dövlət bu sahəyə nəzarət etsin. Qalan 15 faiz isə dövlətin qoyduğu meyarlara cavab verən özəl şirkətlər olsun".
BNA sədri həmçinin qeyd edib ki, avtobuslara, taksilərə, sürücülərə və daşıyıcılara dair yeni tələblər hazırlanıb. "Həmin tələblər hökumətə təqdim olunub. həmin tələblərdən biri 2022-ci ildən etibarən paytaxtda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin sıxılmış qaz və elektriklə işləyən avtomobillər olmasıdır".
V.Kərimli gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcəyini də deyib. "Onlardan 280-i 12 metrlik, 20 ədədi isə 18 metrlik avtobuslardır. 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq". Daha sonra "BakuBus" MMC-nin İstehsalat bazası və Sürücü təlim Mərkəzi barədə geniş məlumat verilib. Səfər çərçivəsində Milli Məclisin deputatlarına, mətbuat nümayəndələrinə Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi ilə də tanış olmaq imkanı yaradılıb.
Vüsal Kərimli qeyd edib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. "Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır".
Agentlik sədri avtobuslarda kart sisteminin qurulmasının çox vacib məsələ olduğunu deyib. Onun sözlərinə görə, Bakı şəhərində təxminən 2 minə yaxın avtobus fəaliyyət göstərir: "Onun 500-ə yaxını kartla işləyir. Kartla işləmək şəffaflıq deməkdir. Çünki vətəndaşın yola verdiyi haqq bütün sistemdə görünür. Daşıyıcı onu necə olaraq əldə etdi, hara xərclədi və s. Digər daşıyıcılarda bu bilinmir. Biz çalışırıq ki, ictimai nəqliyyatda ilk olaraq şəffaflıq yaradaq".
BNA sədri, həmçinin əlavə edib ki, Bakıda ictimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır. "Bu gün çox ciddi sürücü problemi var. Normalda 1 sürücü 8 saat işləməlidir. Bu, hər avtobus üçün 2-3 sürücü edir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər. Sürücü çatışmazlığı var. Sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur. Onlar səhər saat 6-dan axşama qədər sükan arxasında olurlar və fiziki olaraq yorulurlar. Plan verdikləri üçün vətəndaşları 30 qəpik olaraq görürlər. Biz onlara qarşı addımlar atırıq".