Bakıda mediasiya mövzusunda konfrans Hadisə

Bakıda mediasiya mövzusunda konfrans

Yanvarın 10-da Bakıda "Kommersiya mediasiyası və mübahisələrin alternativ həlli sisteminin qurulması" mövzusunda konfrans keçirilib. Vəkillər Kollegiyasından bildiriblər ki, tədbirdə bu qurumun 40-dan çox üzvü, əcnəbi ekspertlər və müxtəlif özəl müəssisələrdə işləyən hüquqşünaslar iştirak ediblər. Konfrans Vəkillər Kollegiyasının mübahisələrin alternativ həlli üzrə komitəsinin təşkilati, Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") informasiya dəstəyi ilə baş tutub.
Tədbirdə İtaliyanın Mübahisələrin Alternativ Həlli Mərkəzinin rəhbəri Leonarda Durso, ABŞ-ın Sent-Luis Universitetinin sahibkarlıq hüququ kafedrasının rəhbəri professor xanım Patrisia Li, amerikalı hüquqşünas xanım Elizabet Hasse, Vəkillər Kollegiyasının mübahisələrin alternativ həlli komitəsinin rəhbəri, vəkil Ruslan Mirzəyev məruzələrlə çıxış ediblər. Məruzələrdən sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. İclaslarda "Sahibkarlar mediasiya barəsində nə bilməlidirlər", "İşin mediasiyaya yönəltməyin üstünlükləri", "Vəkillər tərəfindən tərəflərin mediasiyada təmsil edilməsi" mövzularında çıxışlar dinlənilib və fikir mübadiləsi aparılıb.