6 ayda nazirliyə 8500 müraciət olub Hadisə

6 ayda nazirliyə 8500 müraciət olub

Tural

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyi tərəfindən əhali ilə təmasların intensivləşdirilməsinə, mövcud problemlər haqqında ilk mənbədən məlumat alınması və qərar qəbul olunmasına xüsusi diqqət yetirilir. Cari ilin ilk yarımilində əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən 649 nəfər, nazirliyin məsul işçiləri tərəfindən isə 7845 nəfər vətəndaş qəbul olunaraq müraciətləri dinlənilib. Qeyd olunan dövrdə vətəndaşlar tərəfindən ƏƏSMN-ə ünvanlanan 22 050 yazılı müraciətdə qaldırılan əsas məsələlər araşdırılaraq müvafiq tədbirlər görülüb. Müraciətlərdə əksini tapan məsələlərin obyektiv və ədalətli həlli istiqamətində görülən tədbirlərin nəticəsi kimi, son 6 ayda vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə azalıb. Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğunun "161-Qaynar xətt" əlaqə mərkəzindən nəzarət qaydasında ƏƏSMN-ə daxil olan müraciətlərin sayı da ötən ilin müvafiq dövrünə nisbətən 34 faiz azalıb.