Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
24 May 2019 17:31
1 568
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Böyük Britaniya vəkillərinin birliyi olan Hüquq Cəmiyyəti arasında əldə olunmuş razılığa əsasən, Kollegiyanın üzvləri artıq Böyük Britaniyada vəkilliyə qəbul üzrə müvafiq imtahanı verməklə vəkilliyə qəbul edilə, İngiltərədə və Uelsdə vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər.
Vəkillər Kollegiyasından verilən məlumata görə, azərbaycanlı hüquqşünaslar Böyük Britaniyada vəkilliyə qəbul olmaq üçün bir sıra tələblərə cavab verməlidirlər. Belə ki, namizədlər Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmalı, ölkəmizdə vəkillik fəaliyyəti göstərmək hüququna, vəkil kimi qəbul edilmək üçün möhkəm xarakterə və yüksək keyfiyyətlərə sahib olmalıdırlar. Bundan başqa, namizədlər İxtisaslaşmış Vəkillərin Transfer Sistemi (QLTS ) imtahanını uğurla keçməlidirlər.
Qeyd edək ki, Britaniyada QLTS imtahanlarını ixtisaslaşmış qurum olan Vəkilliyin Tənzimlənməsi Təşkilatı (SRA) keçirir. Bu barədə ətraflı məlumatı təşkilatın saytından əldə etmək mümkündür.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının həmin yurisdiksiyada tanınması SRA-nın rəsmi internet səhifəsində təsdiqini tapıb.
25 Sentyabr 18:21
1 071
25 Sentyabr 17:17
791
25 Sentyabr 17:16
749