İran XİN: ABŞ-ın Yaxın Şərqdəki hərbi infrastrukturu regionu qeyri-sabitləşdirir
İran: ABŞ səhvinin əvəzini çıxana qədər münaqişəyə son qoymayacayıq
Putin Qorovoyu daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edib
Tramp: İran yığması dünya çempionatına qatıla bilər, amma “bunun uyğun olduğuna inanmıram”
Rusiya MN: Ukrayna Donetskdə xəstəxanaya PUA-larla zərbə endirib, 8 tibb işçisi ölüb
13 İyun 2019 11:20
1 323
Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 2019-2020-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 44 875 uşaq üçün sorğu yerləşdirilib. Onlardan 41 430-u ümumi təhsil məktəblərini, 3 445-i isə lisey və gimnaziyaları seçib.
2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi vasitəsilə aparılıb.
Qeyd edək ki, tədris digər dildə aparılan bölmə üzrə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə 3 nəfər müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərib. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə müsahibə prosesi zamanı videoçəkilişin aparılması təmin edilib.