Azərbaycan-Rusiya sərhədində əməliyyat zamanı 5 tona yaxın çətənə kolu məhv edilib Hadisə
- 13 İyun 2019 12:15
- 959
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il iyunun 3-dən 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.
Əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə erilən məlumata görə, Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 31 şəxs, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 16 nəfər tutulub, itkin düşmüş hesab olunan 6 nəfər tapılıb, dövlətə borclu qismində axtarılan 63 nəfər saxlanılıb.
Qanunsuz saxlanılan 8 avtomat silahı, 2 qumbaraatan, 1 pulemyot, 6 tapança, 100 tüfəng, 37 qumbara, 36 ədəd silah sandıqçası, 23 qumbara alışdırıcısı, 15 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 7716 ədəd müxtəlif çaplı patron götürülüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 13 fakt aşkar olunub, ümumi çəkisi 5 tona yaxın 10 753 ədəd çətənə kolu məhv edilib.
Bundan başqa, tədbirlər zamanı ölkəmizin sərhədyanı rayonlarının ərazisində törədilən 5 müxtəlif cinayətin açılması da təmin edilib.
Ümumən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hər iki dövlətin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə birgə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.
-
Ölkəmiz Vindzor Kral Atçılıq Şousunda yüksək səviyyədə təmsil olunur
-
Rusiya 799 gündə 7332 ədəd tankın itirib
-
Aksiyaçılar Rusiya bayrağını cırıblar
-
Rezidenturaya qəbul imtahanı keçiriləcək
-
Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək
-
Azərbaycanda yeni profilaktik peyvənd tətbiq ediləcək
-
"Gürcüstan yol ayrıcındadı"
-
İranda zəlzələ olub
-
"Nyu-Yorkda keçirilən məhkəmə prosesi reytinqimi artırıb"
-
"Nyu-Yorkda keçirilən məhkəmə prosesi reytinqimi artırıb"
-
Azərbaycana gələn turistlərin sayında xeyli artım var - Sədr
-
BMT Amerikanın Yaxın Şərq siyasətinin girovuna çevrilib
-
Turizmin daxili və beynəlxalq dialoqa necə şərait yaratdığını görürük - Zoritsa Uroşeviç
-
Azərbaycanla Avstraliya arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib
- FOTO
-
Sosial media mədəni əlaqələrin inkişafına yol açır - Luçin Razoui
-
ABŞ Rusiyanın tərəfdaşlarını qorxutmağa çalışır
-
Ermənistanın Rusiyanı oyundan kənar qoymaq CƏHDİ: Qərb-Kreml mübarizəsi yeni mərhələdə
-
Etirazçılar Ədliyyə Evi yaxınlığında yolu bağlayıblar
-
Türkiyə-Özbəkistan ticarət həcmində hədəfə yaxınlaşırıq – Yılmaz Dünya xəbərləri Materials
-
Alvaro Morata İtaliyaya qayıdacaq
-
Ömer Bolat OECD Ticarət Nazirləri iclasında iştirak edəcək
-
Bakıda minik avtomobili yanıb
-
Azərbaycanın 5 cüdoçusu Düşənbə Böyük Dəbilqəsində
-
Los-Anceles yaxınlığında zəlzələ baş verib
-
Bakıda qarajda yanğın olub, ölən var
-
Azərbaycan və Avstraliya arasında siyasi məsləhətləşmələr keçirilib - FOTO
-
Gürcüstan polisi parlament binasının ətrafında etirazçılara qarşı rezin güllələrdən istifadə edib -VİDEO
-
Azərbaycanla razılaşmaya əsasən, sərhəd qoşunları delimitasiya olunmuş ərazilərə yerləşdiriləcək - Paşinyan
-
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
-
Biznes üçün güzəştli kreditlər
-
Gürcüstanda yenidən inqilab küləyi əsir
-
“Böyük Qayıdış” uğurla davam edir
-
ABŞ Ukrayna vasitəsilə Rusiyanı çökdürmək istəyir
-
“Mərkəzi Bankın uçot dərəcəsini endirməsi gözlənilən idi”
-
“Fransanın kolonial siyasəti Çinin siyasətindən fərqlənmir”
-
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında
-
Makronun “fransız xalqına kef çəkdirmək” həvəsi
-
Avropa İttifaqı-Çin yaxınlaşmasının PƏRDƏARXASI: ABŞ bu ölkəni ciddi rəqib və təhdid olaraq görür
-
Təkrar istifadəyə yararsızdır!
-
“Layihəsinin “rus qanunu” adlandırılması yumşaq şantaj xarakteri daşıyır”
-
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
-
Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir - ŞƏRH
-
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
-
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
-
Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb
-
50 aptekdə yoxlama aparıldı: nöqsanlar aşkarlandı
-
Buna icazə verməyəcəyik
-
Urmu gölü barədə son məlumat açıqlandı
-
Cavad Məhhəmmədi Fərd və Əlirza Qənbəri saxlanılıblar
-
Talassemiyalı uşaqların ailələrindən 1 milyon alan şəxs həbs edildi
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlar keçirilib: 41 nəfər saxlanılıb
-
Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar - VİDEO
-
Azərbaycan mədəniyyətlərarası dialoqun qurulmasına mühüm töhfələr verir - İSESKO-nun Baş direktoru
-
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib - YENİLƏNİB
-
Prezident İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib
-
Xınalığa dolu düşüb
-
Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO
-
5 gün iş olmayacaq - BU TARİXDƏN
-
HDQ-də NATO-nun nümayəndələri ilə görüş keçirilib
-
İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib