İlham Əliyev fərman imzaladı Hadisə

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
“Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 320; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:
1. Preambulasında “digər təşkilatları” sözləri “dövlətə məxsus müəssisələri” sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları” üzrə:
2.1. 2.1-ci bənddə “Mərkəzi və digər icra hakimiyyəti orqanları” sözləri “Mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr” sözləri ilə əvəz edilsin;
2.2. 2.5-ci bəndə “orqanlarının” sözündən sonra “və dövlətə məxsus müəssisələrin” sözləri əlavə edilsin;
2.3. 2.8-ci bəndə “orqanının” sözündən sonra “və dövlətə məxsus müəssisənin” sözləri əlavə edilsin;
2.4. 2.9-cu bənddə “icra hakimiyyəti orqanının” sözləri “mərkəzi icra hakimiyyəti orqanının və dövlətə məxsus müəssisənin” sözləri ilə əvəz edilsin.