Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
26 İyul 2019 18:26
4 655
Gədəbəy rayonunda Milli Yaylaq Festivalı başlayıb.
Festival rayonun Miskinli yaylağında keçirilir.
Festivalın açılış mərasimində Kənd Təsərrüfatı naziri İnam Kərimov, Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan və digər şəxslər iştirak ediblər.
Festivala 16 ölkədən nümayəndələr qatılıb.
3 gün davam edəcək festival çərçivəsində əski xalq oyunları təşkil ediləcək, yaylaq mətbəx nümunələri hazırlanacaq, yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının satış-yarmarkası da olacaq.
Festivalda Azərbaycanda yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına da yer veriləcək.
Tədbir zamanı qonaqlar və turistlər arasında masa güləşi, kəndir dartma kimi kütləvi oyunların da keçirilməsi planlaşdırılır.
13 Sentyabr 14:53
833
13 Sentyabr 14:52
826
12 Sentyabr 18:12
1 050