Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
08:17
343
ABŞ Ukrayna ilə Kiyevə "Patriot" zenit-raket kompleksləri üçün döyüş sursatlarının köhnəlmiş variantlarının istehsalı lisenziyasının verilməsi imkanlarını müzakirə edir.
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İrlandiyadan ABŞ-yə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.
ABŞ-nin Ukraynaya "Patriot" sursatlarının istehsalı lisenziyasını vermək niyyətində olub-olmaması ilə bağlı sualı cavablandıran Tramp "müzakirələrin aparıldığını" bildirib. O izah edib ki, söhbət raket-əleyhinə komplekslərin "daha az müasir versiyalarından" gedir. "Nədən danışdığımı anlayırsınız? Çox daha az müasir variantlardan", — deyə Amerika lideri əlavə edib.
Eyni zamanda, o, Avropa ölkələrinin Ukraynaya "Patriot" üçün raket-əleyhinə sistemlərin satışı üzrə planlarını şərh etmək xahişini faktiki olaraq cavabsız qoyub. "Bizdə müəyyən silahların böyük ehtiyatları var, bəziləri praktiki olaraq sonsuz miqdardadır. Elitar döyüş sursatlarına gəldikdə isə, çox şey Ukraynaya verilib, lakin biz bu ehtiyatları çox sürətlə bərpa edirik", — deyə Tramp bəyan edib.
Məryəm Quliyeva