Şimali Koreya qanadlı və ballistik raketlərin tətbiqi ilə təlimlər keçirib Dünya

Şimali Koreya qanadlı və ballistik raketlərin tətbiqi ilə təlimlər keçirib

Koreya Xalq Ordusu uzaqmənzilli artilleriya və raket qoşunları bölmələrinin iştirakı ilə strateji qanadlı və taktik ballistik raketlərin tətbiq olunduğu birgə təlimlər keçirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Təlimlər sentyabrın 12-də baş tutub. Manevrlərdə beş artilleriya və raket birləşməsinin bölmələri iştirak edib. Həmçinin zərbə pilotsuz uçuş aparatları və termobarik sursatlı iriçaplı yaylım atəşli raket sistemləri cəlb olunub.

Təlimlərə Koreya Əmək Partiyası Mərkəzi Hərbi Komissiyasının sədr müavini marşal Pak Çon Çhon və KXO Baş Qərargahının Artilleriya İdarəsinin rəisi general-mayor Yu Çhan Son rəhbərlik ediblər.

KCNA-nın məlumatına görə, cəlb edilən bütün zərbə sistemləri təyin olunmuş hədəfləri eyni vaxtda "yüz faiz dəqiqliklə" vurub.

Məryəm Quliyeva