Əsgər özünü güllələyib Hadisə

Əsgər özünü güllələyib

Azərbaycanda daha bir əsgər ölümü baş verib.
APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında qeydə alınıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Biləsuvar rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü, sıravi Təhməzli Fərid Aslan oğlu avqustun 18-də saat 19:20 radələrində xidmət etdiyi postda ona təhkim olunmuş silahdan özü tərəfindən açılmış atəş nəticəsində ölüb.
Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.