Pakistan və Misir XİN rəhbərləri arasında telefon danışığı olub
14 Avqust 17:18
14 Avqust 17:18
14 Avqust 13:00
29 Dekabr 2019 10:04
2 163
Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.
Trend-in məlumatına görə, bu dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə doktoranturaların yaradılması ləğv edilib.
Artıq Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində fəlsəfə doktoru üzrə kadrlar hazırlanmayacaq.
Yeni qərarla Gənclər və İdman Nazirliyi üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəlsəfə doktoru və elmlər doktoru üzrə kadr hazırlığı aparılacaq.