25 İyul 17:20
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi
“Çayların məcraları təmizlənmədiyindən sel təhlükəsi yaranır”-QHT Şəkidə dəyirmi masa keçirib
İran Ukraynanı Xəzər dənizində ticarət gəmisinə hücumda ittiham edib
Fransa və İspaniyada meşə yanğınları səbəbindən 250 mindən çox insan təxliyə olundu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
15 Yanvar 2020 16:54
2 800
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Mükafat Komitəsinin 2019-cu il 20 dekabr tarixli qərarı ilə Beynəlxalq Atatürk Mükafatına layiq görülüb.
Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, Yaqub Mahmudova bu mükafat türk dünyası elmi və təhsilindəki böyük xidmətlərinə görə verilib.
Elmi Şuranın iclasında Tarix İnstitutunun elmi katibi İradə Əliyeva akademiyanın Beynəlxalq Mükafat Komitəsinin qərarını səsləndirib. O, mükafatın diplomu, döş nişanı və üzərində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün şəkli olan xatirə plaketini akademikə təqdim edib.
Xatırladaq ki, Yaqub Mahmudov bundan əvvəl Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası elminə verdiyi böyük töhfələrə görə akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif edilib.
10:06
833
25 İyul 17:19
1 141
25 İyul 14:23
1 204