SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
30 Yanvar 2020 11:32
1 596
Bakı Metropoliteninin stansiyalarında taktil plitələri döşənir.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, adıçəkilən plitələr stansiyaların platformalarında hüdud xətti ilə paralel çəkilir: "Bu plitələr əsasən görmə imkanı məhdud olan şəxslər üçün nəzərdə tutulub. Bu, həm hüdud xətti, həm də görmə qabiliyyəti məhdud olan sərnişinlər üçün hərəkət zolaqlarıdır".
Qurum rəsmisi bildirib ki, bu zolaqlar əsaslı təmir edilən bütün stansiyalarda girişdən platformaya qədər quraşdırılacaq: "Artıq “Koroğlu" metro stansiyasında görmə qabiliyyəti məhdud insanlar üçün sarı zolaq çəkilib. Hazırda taktil plitələrin digər stansiyalarda da döşənməsi istiqamətində tədbirlər görülür".
5 Aprel 10:09
1 232
4 Aprel 15:50
1 631
4 Aprel 09:04
2 163