Azərbaycanın dünyadakı “səsi” Hadisə
- 3 Fevral 2020 16:39
- 1 610
Mirzə Xəzər vəfat edib
Azərbaycanlı jurnalist və publisist, “Azadlıq” radiosunun Azərbaycan bölməsinun uzun illər rəhbəri işləmiş Mirzə Xəzərin vəfatı ictimaiyyətdə böyük üzüntü ilə qarşılanıb. Ölkənin tanınmış simaları Mirzə Xəzərlə bağlı fikirlərini bölüşüblər.
Kult.az onlardan bəzilərini təqdim edir:
Xalq şairi Sabir Rüstəmxanlı:“Dünyada səsimiz eşidilməyəndə “Azadlıq” radiosunda Mirzə Xəzərin səsi azərbaycanlıların haqq səsi kimi yayılırdı. Meydan hadisələri, Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycanın öz torpaqları uğrunda mübarizəsi, Ermənistanın işğalçılıq siyasətinə qarşı xalq hərəkatının güclənməsi o dövrdə Mirzə Xəzərin səsi vasitəsi ilə dünyaya çatdırılırdı”.
Türkiyəli yazar Orxan Aras:1990-cı ildə Azərbaycanın Avropadakı səsi olan Mirzə Xəzər bu il fevralın 2-də vəfat edib.
Əməkdar jurnalist Rauf Mirqədirov:Mirzə Xəzərin adı Azadlıq hərəkatımızın və jurnalistikamızın tarixinə qızıl hərflərlə yazılıb. Allah rəhmət eləsin!
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz:1989-90-cı illərdə hər bir ailədə ya “Okean”, ya da VEF radioqəbulediciləri vardı. Və hamı bəlli vaxtlarda bu radioların ətrafına toplanardı. Biz bu radioların qısa dalğalarında “Azadlıq” radiosunu və Mirzə Xəzəri axtarırdıq. İndiki zamanda Azərbaycanla bağlı həqiqətləri hər yerdə, sosial mediada, elektron mediada, ənənəvi mediada və hətta müxtəlif qlobal informasiya resurslarında ölkəyə və dünyaya çatdırmaq mümkündür. O zaman Azərbaycanın “sosial mediası” yalnız o idi.
Qeyd edək ki, Mikayılov Mirzə Kərim oğlu (Mirzə Xəzər) 1947-ci il noyabrın 29-da Göyçay şəhərində anadan olub. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib və İsrailə mühacirət edib. 1976-cı ilin avqust ayında “Azadlıq” radiosunun Azərbaycan redaksiyasına işə götürülüb. 1979-1985-ci illərdə “Azadlıq” radiosu Azərbaycan redaksiyasının redaktor müavini vəzifəsində çalışıb. 1985-ci ilin oktyabr ayında Amerika Birləşmiş Ştatlarına köçüb və Vaşinqtonda “Amerikanın səsi” radiosunun Azərbaycan bürosunun rəhbəri vəzifəsində işləməyə başlayıb.
O, “Mirzə Xəzərin Səsi” radiosunun rəhbəri olub. Mirzə Xəzərin Azərbaycana ən önəmli xidmətlərindən biri də 1990-cı il 20 Yanvar faciəsi zamanı sovet qoşunlarının Bakıya yeridildiyi və respublikanın informasiya blokadası yaşadığı bir zamanda “Azadlıq” radiosunun efirindən baş verənlərlə bağlı ictimaiyyəti məlumatlandırması olub.
Mirzə Xəzər fevralın 2-də Almaniyada 73 yaşında dünyasını dəyişib.
-
Goranboyda evdən oğurluq edən şəxs saxlanılıb
-
Füzuliyə qayıdışımızı bizə yaşadan Ali Baş Komandana təşəkkür edirik - Füzuli sakini
-
Türkiyədə İŞİD və PKK ilə əlaqəli olan 200-ə yaxın şəxs saxlanılıb
-
30 ilin hər gününü vətən həsrəti ilə yaşamışıq - Füzuli sakini
-
Nəhayət həsrətlə gözlədiyimiz günə qovuşduq - Füzuli sakini
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTO
-
İsrail və "HƏMAS" nümayəndə heyətləri Qahirəyə səfər edəcəklər
-
Abşeronda 4 otaqlı evdə yanğın olub
-
Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır - Zelenski
-
Hindistanda avtobusla yük maşını toqquşub, 7 nəfər ölüb
-
Əliyar Ağayevin idarə etdiyi oyunda Fatih Terimin komandası uduzub
-
Keniyada daşqınlar nəticəsində 90-dan çox insan həlak olub
-
Qərbin Rusiya qarşı planlarının Ukrayna və Ermənistan üzərindən icrası çətinləşir
-
Meksikada avtobus qəzaya uğrayıb, 14 nəfər ölüb
-
Dubayda Əl Maktum hava limanının genişləndirilməsinə vəsait ayırılacaq
-
Ukraynanln 250 min əsgərin səfərbərliyinə ehtiyacı var
-
İslam İnkişaf Bankı Qrupu özünün qızıl yubileyini qeyd edir - VİDEO/FOTO
-
Səudiyyə Ərəbistanı XİN Avropanı Fələstin dövlətinin yaradılmasını dəstəkləməyə çağırıb
-
DİN aksiyaçılara xəbərdarlıq edib
-
Jurnalist qarşıdurmada xəsarət alıb
-
ABŞ-da tornadolar nəticəsində üç nəfər ölüb
-
Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub
-
Çevrilişə cəhd zamanı şəhid olan Ömər Xalisdəmirin qardaşı Bakıya gəlib
-
İslam maliyyə prinsipləri innovasiya potensialının açılmasında mühüm rol oynaya bilər – İİB sədri
-
Azərbaycan və Səudiyyə Ərəbistanı energetika sektorunda birgə fəaliyyət imkanlarını müzakirə ediblər - FOTO
-
Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTO
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
-
Sabahın hava PROQNOZU
-
Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb
-
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib - FOTO/VİDEO
-
Zəngilanda silah-sursat aşkarlanıb
-
Cəlilabadda mebel sexində yanğın olub
-
Britaniya ordusu 2030-cu ilə qədər hipersəs raketinə sahib ola bilər
-
Eritreya sahillərində 5,0 bal gücündə zəlzələ baş verib
-
ƏHD Partiyası Göyçay rayon təşkilatının sədri vəfat edib - Başsağlığı
-
Qırğız Mədəniyyəti Günləri başa çatıb
-
Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
-
Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıb
-
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” konfransı keçirilib
-
Ermənistan MN aksiyada iştirak etdiyi iddia olunan hərbi formalı şəxslərin kimliyini araşdırır
-
Sahibə Qafarova COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib
-
Traktor çağırış kubokunun 8 komandası sırasında qərarlaşıb
-
Ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
-
Yanvar-mart aylarında Portuqaliyadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb
-
Yevlaxda “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda müşavirə keçirilir
-
Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır - Səttar Möhbalıyev
-
Hərbi qulluqçularımız İtaliyada keçirilən beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər - FOTO
-
Premyer Liqada XXXII turun hakimləri açıqlanıb
-
Təlxəklərin qurbanı olan Ermənistan yuxudan ayıla biləcək?
-
Paytaxtın bu şosesində təmir aparılır
-
Sabah hava necə olacaq? - PROQNOZ
-
Dövlət Komitəsində MƏP təmsilçiləri ilə görüş keçirilib
-
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
-
Zelenski Silahlı Qüvvələrin Dəstək Qrupunun komandanını vəzifəsindən azad edib
-
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
-
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
-
Çin ABŞ-ni "qırmızı xətt"i keçməməyə və tərəfdaş olmağa çağırıb
-
Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb
-
Erməni deputat: Qazaxla sərhədin delimitasiyası texniki cəhətdən başa çatıb
-
Ştaynmayer Prezident İlham Əliyevi qarşılayıb