Minimum əməkhaqqı 50 manat artırıla bilər Hadisə
- 4 Mart 2020 15:52
- 1 358
2020-ci ilin ikinci yarısında minimum əməkhaqqının 50 manat artırılması dövlət üçün hədəf ola bilər.
İqtisadçı ekspert Vüqar Bayramov belə deyib. Onun sözlərinə görə, minimum əməkhaqqının artırılması gündəmdədir və bunun üçün maliyyə imkanları mövcuddur.
“Ölkə başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Azərbaycanda 2025-ci ilə qədər minimum əməkhaqqı daxil olmaqla digər əməkhaqqı növlərinin artırılması nəzərdə tutulur. Məqsəd növbəti məhələdə minimum əməkhaqqı səviyyəsinin artırılmasına nail olmaqdan ibarətdir. 2020-ci ilin dövlət büdcəsində sosial xərclərin payında artım var. Sosial xərclərin payının 38,5 faizə qədər artması əməkhaqqı artımları üçün zəmin yaradıb. Belə ki, 2020-ci ilin dövlət büdcəsində birbaşa əməkhaqqı xərcləri 6,7 milyard manat, pensiya və təqaüdlərin verilməsi üçün isə 3,2 milyard manat vəsait ayrılacaq. Bütövlükdə büdcə xərclərinin 10 milyarda yaxını birbaşa əməkhaqqı, pensiya, sosial ayırmalar üçündür. Bu il nələrin artıla biləcəyi ilə bağlı Maliyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə qərar verəcək”.
Ekspertin sözlərinə görə, qiymətləndirmələr 2020-ci ildə minimum əməkhaqqının 250 manatdan 300 manatadək artırılmasının mümkün olduğunu göstərir.
“Bu, minimum əməkhaqqı alan vətəndaşlarımızın gəlirlərinin artmasına gətirib çıxara bilər. Məqsədəuyğundur ki, daha böyük həcmdə əməkhaqqı artımları olsun. Amma nəzərə almaq lazımdır ki, əməkhaqqı artımları elə olmalıdır ki, büdcə vəsaiti buna imkan versin. Həmçinin söhbət 2025-ci ilə qədər mərhələli şəkildə minimum əməkhaqqının artırılmasından getdiyi üçün bu il son olmayacaq. Növbəti illərdə də bu artımları müşahidə edəcəyik. Bu da son mərhələdə minimum əməkhaqqının kifayət qədər yüksək məbləğə qədər artmasına gətirib çıxara bilər”.
Qeyd edək ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır.
- 09:38
- 252
- 09:11
- 378
- 09:09
- 413
-
"ABŞ-ın məqsədi fələstinliləri İsrailə tabe olmağa məcbur etməkdir"
-
Bakıda intihara cəhd - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib: ölən və yaralananlar var
-
Bu günə olan valyuta məzənnələri
-
BMT-də İsrailin nümayəndəsinə etiraz ediblər
-
Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi
-
Azərbaycan nefti 3 dollar ucuzlaşıb
-
Ukraynanın 380 hədəfi vurulub
-
"Opponentlərin məqsədi “Qara pulları” gizlətməkdir"
-
Ağdərə yolunun inşasına başlanıldı - FOTO
-
Qubada 18 yaşlı oğlan bıçaqlanıb
-
İsveçrə Ukraynanın bərpası üçün 5 milyard avrodan çox vəsait ayıracaq
-
Tələbələr də ayağa qalxıblar
-
Qəbristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
-
Uilyam Börns: “ABŞ-nin hərbi yardımı Ukraynaya Putinin planlarını pozmağa kömək edəcək”
-
İranın bəzi hava limanlarında uçuş məhdudiyyətləri aradan qaldırılıb - YENİLƏNİB
-
Tu-22M3 təyyarəsi qəzaya uğrayıb
-
İran bəzi şəhərlər üzərində uçuşları dayandırıb
-
Zərdabda sənədsiz silahlar aşkar edilib
-
Sumqayıtda qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb
-
Kürdə batan atanın meyiti tapılıb, azyaşlı qızının axtarışları davam edir
-
İsrail İrana "məhdud sayda" zərbələr endirib
-
ABŞ İsrailin İrana cavab hücumunu dəstəkləməyib
-
Dubay aeroportu fəaliyyətini qismən bərpa edib
-
İsrail İranda bir obyektə raket zərbəsi endirib
-
Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb
-
Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib
-
Çempionlar Liqası: Tomas Tuheldən ilk
-
Sumqayıtda ana və atasını öldürən şəxs saxlanılıb
-
Suriyada 16 əsgər terrorçular tərəfindən öldürülüb
-
Kopenhagendə yanan tarixi birjanın fasadı uçub
-
Konfrans Liqası: "Aston Villa" yarımfinalda, "Fənərbağça" penalti seriyasında uduzub
-
ABŞ Fələstini BMT-nin tamhüquqlu üzvü kimi tanıyan qətnaməni bloklayıb
-
Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub
-
COP29-un prezidenti ABŞ-nin keçmiş dövlət katibi ilə görüşüb
-
Muxtar Babayev Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşüb
-
Davamlı inkişafın göstəriciləri
-
Borca görə tanışını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
-
İranlı narkotacirin sifarişi ilə 12 kq narkotik əldə edən şəxs həbs olunub
-
Nigeriyada yük maşını minaya düşüb, azı 10 nəfər ölüb
-
Keniyada hərbi helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb
-
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
-
Türkiyədə 5,6 maqnitudalı zəlzələ olub
-
Bu yollarda sıxlıq var - SİYAHI
-
İngiltərə kubokunun reqlamentində dəyişiklik edilib
-
Sülhməramlıların Azərbaycan ərazilərini vaxtından əvvəl tərk etmələrini şərtləndirən çoxsaylı faktorlar var - ŞƏRH
-
Respublika Pediatriya Mərkəzi yaradılıb: direktor təyin edilib
-
Çin artım üçün daxili mənbələrdən istifadə etməlidir - Kristalina Georgiyeva
-
Paytaxtda narkokuryerdən 5 kq narkotik götürülüb
-
BVF ABŞ-də yüksək əmək məhsuldarlığının səbəblərindən danışıb
-
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib
-
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
-
Bu ölkə Rusiya ilə sərhəddə sığınacaq verməkdən imtina edəcək
-
İran İsraili nüvə mərkəzlərinə hücum etməklə hədələdi
-
Gəncə, Quba və Sabirabadda ağaclar qanunsuz kəsilib
-
Fransa müstəmləkəçilik siyasətini qanunvericilik baxımından reallaşdırmağa çalışır - Komitə sədri
-
Fransa assimilyasiya siyasəti aparır - Tarixçi
-
Elə məktəb var orada problem az, eləsin də isə çoxdur - Nazir
-
“Bu durum Paşinyanı Azərbaycanla məsələlərin həllinə həvəsləndirməlidir”
-
10 noyabr Birgə Bəyannaməsi qüvvədən düşmüş sayılır...