TDQF-nin baş direktoru Mətbuat Şurasında olub Hadisə

TDQF-nin baş direktoru Mətbuat Şurasında olub

Mətbuat Şurasının sədri Əflatun Amaşov Türk Dünyası Qəzetçilər Federasiyasının baş direktoru Menderes Dəmirlə görüşüb. Şuradan APA-ya verilən xəbərə görə, qurumun ofisində baş tutan görüşdə türk dünyası jurnalistlərinin konsolidasiyası ilə bağlı məsələlər müzakirə olunub.
Əskişəhərdə keçirilmiş I Türk Dünyası Qəzetçilər Şurasında çıxarılan qərarlar üzərində dayanılıb. Bu baxımdan Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinin təbliğinə dair toplantıda qaldırılmış məsələlərə xüsusi diqqət yetirilib. Türk Dünyası Qəzetçilər Federasiyasının mövcud istiqamətdəki fəaliyyətini gücləndirmək üçün Azərbaycanla sıx təmaslar qurduğu və əməkdaşlığını daha da dərinləşdirəcəyi vurğulanıb.
Görüşdə həmçinin Türk Dünyası Qəzetçilər Şurasının gələcəkdə də təşkili, Türkiyə və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərinin reallaşdırılması ətrafında da fikir mübadiləsi aparılıb.