Novruz bayramı ilə əlaqədar DGK gücləndirilmiş iş rejiminə keçir Hadisə

Novruz bayramı ilə əlaqədar DGK gücləndirilmiş iş rejiminə keçir

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin (DGK) strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri martın 23-dən etibarən gücləndirilmiş 7/24 iş rejiminində fəaliyyət göstərəcək.
Bu barədə DGK-dan məlumat verilib.
Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları Hökumət Ödəniş Portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.
Məlumatda bildirilir ki, xarici ticarət iştirakçılarına hökumət ödəniş portalının xidmətindən istifadə etməklə, 7/24 rejimində fəaliyyət göstərən müvəkkil banklar və "Paşa Bank"ın POS-terminalları vasitəsilə ödənilməli olan vergi və rüsumların vaxtında dövlət büdcəsinə köçürülməsi tövsiyə olunur.