Mübariz Qurbanlı kadr dəyişikliyi edib Hadisə

Mübariz Qurbanlı kadr dəyişikliyi edib

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) kadr dəyişikliyi olub.
Komitədən APA-ya verilən məlumata görə, qurumun sədri Mübariz Qurbanlının əmri ilə Anar Kazımov DQİDK - nin Bakı şöbəsinin müdiri təyin edilib.
A. Kazımov buna qədər komitənin əməkdaşı olub. Qeyd edək ki, Bakı bölgəsi üzrə şöbə paytaxtın on iki rayonunu əhatə edir.