Əli Abbasov Göygöldə vətəndaşları qəbul edəcək Hadisə

Əli Abbasov Göygöldə vətəndaşları qəbul edəcək

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sentyabrın 17-si saat 11:30-da Göygöl rayonunda (Göygöl, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Kəlbəcər) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır. Nazirliyin mətbuat xidmətindən "APA-Economics"ə daxil olan məlumata görə, vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.