ABŞ və Livan İsrail qoşunlarının ölkə ərazisindən çıxarılması mexanizmini müzakirə ediblər
Avropa çempionatı: Azərbaycanın qadın basketbolçuları Rumıniyanı məğlub edib
"Bloomberg": Türkiyə Rusiyanın S-400-lərindən imtina edərək ABŞ-nin F-35-lərini almaq istəyir
Peruda 500-dən çox yeni doğulmuş körpəyə Halandın adı verilib
Almaniya Kloppla razılığa gəldi: Bu halda rəsmi müqavilə imzalanacaq
24 Aprel 2020 17:13
6 391
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı sərhədlərin açılması məsələsinə münasibət bildirib.
ÜST-ün virtual mətbuat konfransında qurumun Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib ki, bəzi ölkələr sərhədlərin nə vaxt açılması üzərində işləməyə başlayıb: “Bildiyiniz kimi, ölkələr arasında sərhədlərin bağlanmasından əlavə, ölkələrin daxilində şəhərlərarası, rayonlararası da gediş-gəlişlər məhdudlaşdırılıb. Ona görə də bəzi dövlətlər ilk olaraq ölkə içindəki sərhədlərin açılması məsələsinə baxacaqlar. Şərqi Avropa ölkələri artıq sərhədlərin açılması məsələsi üzərində işləməyə başlayıblar, müzakirə edirlər. Avropa Birliyi ölkələri də müzakirələr aparmağa başlayıb. Burada ən vacib məsələ ölkələrin bir-birinə güvənməsidir. Yəni hansısa ölkə düşünə bilər ki, onlar virusla mübarizə ilə bağlı çox yaxşı işlər görürlər, amma qonşu ölkədə kontakt izlənməsi yoxdur. Hazırda qarşılıqlı dialoqla bağlı yeni müzakirələrə başlanılıb. Təbii ki, sərhədlər açılacaq, ticarət, turizm fəaliyyəti davam edəcək. Hazırda ÜST-nin Cenevrə və Kopenhagendəki mərkəzi ofisləri də dialoqun aparılmasına başlayıb”.