Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir
FIFA Belçika Futbol Federasiyasının Folarin Baloqunla bağlı apellyasiya şikayətini təmin etməyib
“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib
İsrail Qəzzada HƏMAS-ın təlim bölüyünün komandirinin öldürüldüyünü açıqlayıb
25 Aprel 2020 13:22
2 359
Ölkə ərazisində aprelin 26-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, aprelin 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 14-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.
Aprelin 26-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
6 İyul 21:51
1 225
6 İyul 21:42
1 253
6 İyul 20:50
1 057