Almazbek Atambayev Hidayət Orucovu təbrik edib Hadisə

Almazbek Atambayev Hidayət Orucovu təbrik edib

Qırğızıstan prezidenti Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovu 70 illik yubileyi münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir:
"Sizi həyatınızda əlamətdar hadisə olan - 70-illiyiniz -yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm!
Siz Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri, həm də təcrübəli siyasətçi kimi bizim dövlətlərimiz arasında ikitərəfli əməkdaşlığın və dostluq münasibətlərinin inkişafına və dərinləşməsinə böyük töhfə verirsiniz.
Cənab Səfir, Sizə can sağlığı, tükənməz enerji, vətənə xidmətdə və bizim qardaş xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində məsuliyyətli fəaliyyətinizdə uhurlar arzu edirəm".
Xatıradaq ki, Qırğız Respublikası Prezident Aparatının rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Sapar İsakov Hidayət Orucovla görüşərək Almazbek Atambayevin məktubunu və "İpək Yolu" adlanan Prezident hədiyyəsi ona təqdim edir. Həmçinin, Sapar İsakov Səfir Hidayət Orucovun "Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu" ilə təltif olunması münasibəti ilə ona öz təbriklərini çatdırıb.