1 May 2020 18:09
1 736
Prezident İlham Əliyev “Elm haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qanuna əsasən, elmi müəssisə və təşkilatın mütəxəssisi ali təhsilə, subbakalavr peşə-ixtisas dərəcəsi almış orta ixtisas və ya yüksək texniki peşə təhsilinə malik olan, elmi müəssisə və ya təşkilatda çalışan, elmi nəticələrin əldə edilməsi və həyata keçirilməsinə xidmət edən şəxsdir.
Eyni zamanda dəyişikliyə əsasən, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa 14.6-cı maddə əlavə edilib.
Belə ki, yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulacaq.
11 May 21:17
1 141
11 May 10:59
1 211
11 May 10:58
1 190