Azərbaycanda indiyədək 322574 koronavirus testi aparılıb Hadisə

Azərbaycanda indiyədək 322574 koronavirus testi aparılıb

İndiyədək Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322574 test aparılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkədə 6522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib. 2707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.