Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
3 İyul 2020 16:01
1 365
"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi "Erməni əsir və girovluğundan azad edilmiş və itkin düşmüş şəxslərin ailə üzvləri olan məcburi köçkünlərin sosial vəziyyətinin araşdırılması" adlı layihəsinin icrasına başlayıb. Təşklatdan “Xalq cəbhəsi”nə verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə elan etdiyi müsabiqəyə təqdim edilib və qalib olub.
Layihənin məqsədi məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət strategiyasına dəstək olmaq üçün erməni əsir və girovluğundan azad edilmiş, həmçinin itkin düşmüş şəxslərin ailə üzvləri olan məcburi köçkünlərin sosial vəziyyətlərini: sağlamlıq, təhsil, məşğulluq, sosial təminat, mənzil şəraiti rakursundan araşdırmaqdır.
Sosial tədqiqatlar nəticəsində əldə olunacaq materiallar əsasında hazırlanacaq təkliflər müvafiq qurumlara təqdim ediləcək.
Layihə pandemiya dövrünün şəraitinə uyğun olaraq 4 ay müddətində Bakı şəhəri, Abşeron, Ağdam və Bərdə rayonlarında həyata keçiriləcək.
25 Sentyabr 18:21
1 106
25 Sentyabr 17:17
833
25 Sentyabr 17:16
791