Böyrək çatışmazlığı olan xəstələrə əlillik necə təyin edilir? Hadisə

Böyrək çatışmazlığı olan xəstələrə əlillik necə təyin edilir?

Böyrək çatışmazlığı olan xəstələrə onların vəziyyətinə uyğun olaraq əlillik dərəcəsi təyin edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, böyrək çatışmazlığı 5-ci dərəcə səviyyəsində olduqda şəxsə 1-ci qrup əlillik təyin edilə bilər.

M.Məmmədova əlavə edib ki, görmə qabilliyyəti zəif olan şəxslər də əlillik dərəcəsi ala bilər: “Bunun üçün görmə qabiliyyəti əksər hallarda Milli Oftalmologiya mərkəzində ölçülməlidir”.

M.Məmmədova qeyd edib ki, mövcud qanunvericliyə görə, 1-ci qrup əlillik müddətsiz verilir. 2 və 3-cü qrup əlillik 5 il müddətinə təyin edilir: “Lakin 2 və 3-cü qrup əlillik alan şəxslərin səhhətində bəzən geridönməz hallar olur. Bu halda onlara birinci dəfədən əlillik müddətsiz təyin edilə bilər”.