“Azərbaycanda aliment fondu yaradılmalıdır” Hadisə

“Azərbaycanda aliment fondu yaradılmalıdır”

Elmira Süleymanova: "Boşanmalardan sonra bir çox kişilər aliment ödəməkdən imtina edirlər"

"Son illər Azərbaycanda bosanma hallarının sayı dəhşətli şəkildə artmaqdadır. Bu bosanmalardan da ilk növbədə usaqlar və qadınlar əziyyət çəkirlər". Bunu parlament komitələrini növbəti ilin büdcəsi ilə bağlı birgə müzakirələrində çıxışı ombudsman Elmira Süleymanova deyib.
O bildirib ki, xüsusilə də alimentlərin verilməsində ciddi problemlər var: "Boşanmalardan sonra bir çox kişilər aliment ödəməkdən imtina edirlər ki, bu da xeyli problemin yaranmasına səbəb olur. Ona görə də hesab edirəm ki, Azərbaycanda aliment fondu yaradılmalıdır. Dövlətimizin maliyyə imkanları da belə bir fondun yaradılmasına imkan verir".
E.Süleymanovanın sözlərinə görə, bununla yanaşı, Azərbaycanda böyrək çatışmazlığı, dialezdən əziyyət çəkənlərin sayı da xeyli dərəcədə artmaqdadır:
"Bu xəstəliklər son illərdə daha çox usaqlar, gənclər arasında özünü göstərməkdədir. Ona görə də Azərbaycan hökumətindən xahiş edərdim ki, növbəti ilin büdcəsində böyrək çatışmazlığı, dialezdən zəiyyət çəkən insanların müalicəsi üçün ayrılan vəsaitin həcmini artırsınlar. Buna çox ciddi ehtiyac var".