4 Noyabr 15:45
ABŞ-da aviasiya böhranı səbəbilə uçuşlar tamamilə dayana bilər
ABŞ hökumətinin bağlanması ölkə tarixində ən uzunmüddətli bağlanma olub
Ceyhun Bayramov Əlcəzair Xalq Milli Assambleyasının sədri ilə görüşüb
Qətərin paytaxtı Dohada BMT-nin İkinci Dünya Sosial Sammiti keçirilir
TÜRKPA-nın Baş katibi TDT-nin Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb
2 Oktyabr 2020 12:36
1 904
Döyüş meydanında ardı-arda ciddi məğlubiyyətlərlə üzləşərək işğal etdikləri Azərbaycan torpaqlarını itirən Ermənistan tərəfi müxtəlif dezinformasiyalara əl ataraq ölkəmizin əhalisi arasında təşviş yaratmaqla vəziyyətdən mümkün qədər çıxmağa çalışır.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ermənilər cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər edirlər. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qəti şəkildə bəyan edir ki, bu zənglər heç bir halda Nazirlik tərəfindən edilməyib və belə müraciətlər tərəfimizdən yayılmayıb. Bu, erməni təbliğat aparatının növbəti çirkin və uğursuz əməlidir.
Odur ki, bir daha vətənşlarımıza müraciət edərək belə zənglərə və ya çağırışlara heç bir halda inanmamağa, yalnız rəsmi dövlət qurumlarımızın rəsmi məlumatlarına etibar etməyə çağırır və əmin edirik ki, aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Oxşar zəng və ya məlumatlarla rastlaşdıqda Nazirliyin “112” qaynar xəttinə müraciət edilməsi xahiş olunur.
4 Noyabr 19:29
1 106
4 Noyabr 18:02
1 169
4 Noyabr 17:48
1 141