Coğrafiya İnstitutu: Su anbarları tikilsə, Kürün su ehtiyatları azala bilər Hadisə

Coğrafiya İnstitutu: Su anbarları tikilsə, Kürün su ehtiyatları azala bilər

Əgər Kürə tökülən əsas çayların üzərində su anbarları tikiləcəksə, bu, son nəticədə Kürün su ehtiyatlarının azalmasına gətirib çıxaracaq.

Trend-in məlumatına görə, bunu AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov Nazirlər Kabinetində Əlicançay su anbarının tikintisi və onun su ehtiyatlarının düzgün idarə olunmasına həsr olunmuş iclasda deyib.

O qeyd edib ki, buna görə də yeni yaradılan su anbarlarında çayın su sərfinin ekoloji potensialı mütləq nəzərə alınmalıdır.

Alim eyni zamanda, ekosistemlərimiz üçün xarakterik olan, az su tələb edən yerli mədəni bitki növlərinə üstünlük verilməsini də əsaslandırıb.