Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
9 Oktyabr 2020 11:55
1 750
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutmasına baxmayaraq, şəhər ərazisində vətəndaşlar arasında heç bir ruh düşkünlüyü yoxdur.
Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda Gəncə şəhərində böyük ruh yüksəkliyi var: "Gəncədə hazırda həyat öz axarı ilə davam etməkdədir. İctimai nəqliyyat normal qaydada fəaliyətini davam etdirir. Əhali əvvəlki qaydada gündəlik işləri ilə məşğuldur, heç bir təşviş yoxdur. Gəncə əhalisi anlayır ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən Ermənistan hərbçiləri dinc sakinləri hədəf almaqla nəyəsə nail olmağa cəhd edir. Amma xalq Azərbaycan Ordusuna inanır və əsgərlərimizə hər cür dəstək olmağa hazırdır. Hər gün küçələrdə insanlar Azərbaycan Ordusuna dəstək məqsədilə qələbə şüarları səsləndirir, Ordumuzun uğurlarına sevinməkdə davam edir. İnanırıq ki, yaxın günlərdə Azərbaycan Ordusu bizə qələbə sevincini yaşadacaq".
Xatırladaq ki, Ermənistan silahlı qüvvələri bir neçə gündür Gəncə şəhərini ağır artilleriya və raketlərdən atəşə tutur. Erməni hərbçiləri əsasən mülki vətəndaşların kompakt yaşadıqları əraziləri hədəfə alır.
26 Oktyabr 15:29
1 253
25 Oktyabr 16:43
1 694
25 Oktyabr 13:34
1 764