Dənizkənarı Milli Parkda qanunsuz balıq ovçuları saxlanılıb - VİDEO Hadisə
5 Noyabr 2020 16:24
2 975

Müvafiq icazələri olmadan qanunsuz olaraq balıqçılıqla məşğul olan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktik və nəzarət tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həyata keçirilən sonuncu tədbir zamanı Bakı buxtası ərazisində gecə saatlarında komendant saatının tələblərini kobud şəkildə pozaraq balıq ovunun qadağan edildiyi xüsusi strateji obyektlərin yaxınlığında bu əməllərlə məşğul olan iki nəfər saxlanılıb.
Belə ki, Su Nəqliyyatında Polis İdarəsinə həmin şəxslərin xüsusi motorla təchiz edilmiş qayıqla Dənizkənarı Milli Parkın sahilində dövrə vuraraq şübhəli hərəkətlər etməsi barədə məlumat daxil olub. Dərhal idarənin əməkdaşları tərəfindən həmin şəxslərin saxlanılması istiqamətində operativ tədbirlər görülüb. İdarədə araşdırma aparılan zaman onların Astara rayon sakinləri Vüsal Quliyev və qohumu Natiq İsgəndərov olduğu müəyyən edilib. Həmin şəxslər ifadələrində Suraxanı rayonu Hövsan qəsəbəsində yaşadıqlarını və Dənizkənarı Milli Parkın sahilinə balıq ovlamaq üçün gəldiklərini bildiriblər. Baxış zamanı həmin şəxslərdən qanunsuz balıq ovu ilə məşğul olan zaman istifadə etdikləri qayıq, 350 metr tor, balıqovlama alətləri və qanunsuz olaraq tutduqları 100-ə yaxın müxtəlif növ balıq aşkar olunaraq götürülüb. Sorğu zamanı bu şəxslərin heç birinin balıqovlama biletinin və idarə etdikləri qayığın isə qeydiyyatının olmadığı da məlum olub.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyən edilən çəkidə və qaydalarda balıq tutmaqla məşğul olmaq mümkündür. Dənizdə və su hövzələrində tor qurmaq və elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq isə qanunla qəti qadağan olunub. Qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq ediləcək. Sonda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.
-
Naxçıvan şəhərində 6437 abonentin qaz təchizatı dayandırılıb
-
IATA: Aviasiya yanacağı təchizatının bərpası aylarla vaxt apara bilər
-
Rasim Balayevin yerinə sədr seçilməsi ilə bağlı AKİ-nin qurultayının vaxtı məlum olub
-
Sabahın hava proqnozu açıqlanıb
-
Bakıda işlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb
-
Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırıb
-
Qazaxıstan nümayəndə heyəti Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib
-
Rəsmi Pekin: Əfqanıstan və Pakistan hərtərəfli həll yolunu tapmaq barədə razılığa gəlib
-
Hindistan: "Hörmüz boğazında gəmiçilik azadlığı bərpa olunmalıdır"
-
Makron: "15 ölkə İranla birlikdə boğazın təhlükəsizliyini qoruyacaq"
-
Dadaş Dadaşbəylinin Avropa çempionatına qatılmamasının səbəbi bəlli olub
-
Sabunçuda evdən 9 min manat oğurlanıb
-
Azərbaycan və Qanbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr
-
Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət açıqlanıb
-
KİV: İran atəşkəs dövründə Hörmüz boğazından keçən gəmilərdən ödəniş alacaq
-
Rüblük büdcə gəlirləri 9,6 milyard manata çatıb
-
Bakı metrosunda xarici kreditlər hesabına görüləcək işlər açıqlanıb
-
Bakı metrosunda 200 metrlik tunelin inşasında ilk mərhələ tamamlanıb
-
İranın vitse-spikeri: 10 şərtimiz qəbul edilməsə, Ali Rəhbər razılaşmanın imzalanmasına icazə verməyəcək
-
Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
-
Qalibaf ABŞ ilə danışıqlarda İran heyətinə rəhbərlik edəcək
-
İrandan Azərbaycana indiyədək 3379 nəfər təxliyə edilib
-
Tbilisidə əcnəbini qətlə yetirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb
-
Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizinin qurulması çərçivəsində aparılan işlərin həcmi açıqlanıb
-
Rəsmi Bakı ABŞ və İran arasında elan edilmiş atəşkəsi alqışlayır
-
Gürcüstan 100-ə yaxın xarici vətəndaşı deportasiya edib
-
“Yaranmış vəziyyət İran üçün böyük bir şansdır”-Qüdrət Həsənquliyev
-
Tramp: "Yaxın Şərqin qızıl dövrü başlayır"
-
Kallas Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Ər-Riyada yollanır
-
Tehranda Əli Xameneinin "40 mərasimi" keçirilir
-
İsrail Baş naziri: İranla atəşkəs Livana aid deyi
-
Azərbaycan nefti 141 dollardan 140 dollara düşüb
-
Kriptobirjada yüksəliş: "Bitcoin"in qiyməti 71 min dolları ötüb
-
İranın bərpası üçün xüsusi investisiya fondu yaradılır
-
Tramp: "Hörmüz boğazında gəmilərin keçidinə kömək edəcəyik"
-
Bu günün valyuta məzənnələri
-
Tramp: "İranın bərpa prosesinə dəstək verəcəyik"
-
Təbii qazın qiyməti 3%-dən çox azalıb
-
Dünya bazarlarında “Brent” neftinin qiyməti 95 dollardan aşağı enib
-
Füzulidə 15 kiloqram marixuana və psixotrop həblər aşkarlanıb
-
Qazaxıstanda qadınlar iqtisadiyyatı ələ alır: Sahibkarlıqda yeni güc balansı
-
Azərbaycan XİN Ağdaban faciəsinin 34-cü ildönümü ilə bağlı bəyanat yayıb
-
ABŞ neftin qiyməti üzrə proqnozunu 18–22% intervalında artırıb
-
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket atıb
-
Tramp Ağ Evdə NATO-nun baş katibini qəbul edəcək
-
İsrail Baş nazirinin ofisi atəşkəslə bağlı açıqlama verib
-
İranla ABŞ atəşkəs barədə razılığa gəldi - Şərif
-
Tacikistan səfirliyi Bakıda Novruz bayramına həsr olunan tədbir keçirib
-
ABŞ Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb
-
Mirça Luçesku vəfat edib
-
Ərdoğan İspaniyanın Baş naziri ilə regional hadisələri müzakirə edib
-
BMT TŞ-nin Hörmüz boğazı ilə bağlı qətnaməsinə veto qoyulub
-
Bakıda 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın olub
-
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
-
Dağıstanda daşqınlar səbəbindən fövqəladə vəziyyət rejimi federal səviyyəyə qaldırılacaq
-
Azərbaycan hərbçiləri Türkiyədə “Anadolu Ankası - 2026” təlimində iştirak edir
-
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
-
Fransa İran vətəndaşını azad edib, Tehrana qarşı BƏM-dəki şikayətini geri götürüb
-
DTX-nin həbs etdiyi, terroru maliyyələşdirmədə təqsirləndirilən şəxsə hökm oxunub
Xəbər lenti

