Erməni hərbçilər Türkiyədə təftiş aparacaqlar? Hadisə

Erməni hərbçilər Türkiyədə təftiş aparacaqlar?

Ermənistan silahlı qüvvələrinin təftiş qrupu Avropada Adi Silahlı Qüvvələrə dair Müqavilə çərçivəsində noyabrın 26-28-də Türkiyədə təftiş aparacaq. Bu barədə "Trend" "Mediamaks" agentliyinə istinadən məlumat verir.
Təftiş zamanı Ermənistanla sərhəddə hərbi hissələrin elan olunmuş coğrafi koordinatları və sxemləri dəqiqləşdiriləcək, nəzarət altında olan obyektlərdə Müqavilə ilə məhdudlaşdırılan texnika və silahların [döyüş tankları, zirehli döyüş avtomobilləri, artilleriya silahı] sayı və mövcudluğu yoxlanacaq.
Hərbi hissələrin və onların ərazilərinin sərhədlərinin monitorinqi də aparılacaq.