AAYDA-nın tunel tikintisi metroda xətlərin ayrılması layihəsində dəyişikliklərə səbəb olub
Ermənistan XİN: Yaxın zamanda Azərbaycanla sülh müqaviləsi imzalamağa ümid edirik
Ceyhun Bayramov Çin XİN rəhbəri ilə regional və beynəlxalq məsələləri müzakirə edib - YENİLƏNİB
İfşa olunmamaq üçün oğurluq etdikləri evlərin kameralarını sındıran şəxslər saxlanıldı - VİDEO
3 Dekabr 2020 12:02
3 612
Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarının təşəbbüsü ilə Dağlıq Qarabağdakı döyüşlərdə şəhid olan əsgərlərin ailələrinə və qazilərə kömək üçün layihəyə start verilib.
Trend-in məlumatına görə, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Dərnəyinin (TÜİB) sədri Hüseyin Büyükfırat ilə millət vəkili Ramil Həsənin təşəbbüsü ilə "Tək millət, bir ürək" layihəsinin təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən millət vəkili Ramil Həsən əsas məqsədlərinin ilk mərhələdə şəhid ailələrinə və qazilərə təcili ehtiyacları ilə bağlı kömək etmək olduğunu deyib.
Millət vəkili növbəti mərhələdə isə işğaldan azad edilmiş bölgələrdə dövlət tərəfindən elan ediləcək infrastruktur və inkişaf layihələrində iştirak edəcəklərini bildirib.
Şəhid uşaqlarına Türkiyədə təhsil verəcəkləri ilə bağlı məlumat verən Ramil Həsən, bununla bağlı dəstək göstərən Türkiyə hökumətinə və Türk iş adamlarına təşəkkür edib.
TÜİB başqanı Hüseyn Büyükfırat Türkiyə ilə Azərbaycanın ortaq tarixə sahib olduğunu, bu gün görülən bütün işlərin bu təmələ bağlı olduğunu, "Bir millət, iki dövlət" ifadələrinin yalnız sözdə olmadığını, iki ölkə arasındakı qardaşlıq əlaqələrini daha da gücləndirmək üçün çalışacaqlarını vurğulayıb.
Hüseyn Böyükfırat Qarabağda aparılacaq yenidənqurma işlərində yaxından iştirak edəcəklərini ifadə edərək şəhid uşaqlarının təhsilinə dəstək verəcəklərini bildirib.