Prezident tapşırıq verib Hadisə

Prezident tapşırıq verib

Kəlbəcərdə girov götürülən azərbaycanlıların ailələrinə mənzil veriləcək

Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev və qətlə yetirilən Həsən Həsənovun ailələrinə yeni mənzillər verilməsi barədə tapşırıq verib.
Bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edək ki, Dövlət Komitəsinin sədri Əli Həsənov Mingəçevirdə jurnalistlərə açıqlama verərkən bu məlumatı təsdiq edib.