Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
15 Dekabr 2020 11:47
1 771
Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən “Qəsr” restoranında toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları və restoranın inzibatçısı saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.
Mərasim iştirakçılarından 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib. 5 nəfər barəsində isə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Şəmkir rayon Məhkəməsinin qərarı ilə restoranda inzibatçı işləyən Orxan Rzayev 10 sutka inzibati həbs edilib, təşkilatçılar - Yusif Əhmədov, Sünbül Məmmədova Nazilə Məmmədova, Cəmilə Ələkbərova və Nəcibə Aslanova isə 200 manat həddində inzibati cərimə edilib.
25 Sentyabr 18:21
1 106
25 Sentyabr 17:17
833
25 Sentyabr 17:16
791