4 Noyabr 15:45
25 Dekabr 2020 16:02
1 379
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 193 151,9 min manat həcmində sığorta haqqı yığılıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu müddət ərzində şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 56 096,3 min manat ödəniş həyata keçirilib.
Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 4,4% artıb, ödənişlər isə 12,8% azalıb.
Bu müddətdə icbari həyat sığortası üzrə yığımlar illik müqayisədə 17,1% artaraq 49 668,3 min manat, ödənişlər isə 17,8% azalaraq 2 263,6 min manat təşkil edib.
Qeyri-həyat sığortası növləri üzrə isə hesabat dövründə 156 875,1 min manat sığorta haqqı yığılıb, 61 120,6 min manat həcmində ödəniş edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1% artım və 12,6% azalma deməkdir.
4 Noyabr 19:29
1 064
4 Noyabr 18:02
1 113
4 Noyabr 17:48
1 078