Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
Polşanın BMT-dəki daimi nümayəndəsi: Bakıdakı müzakirələr son dərəcə vacibdir
Milli Hidrometeorologiya Xidməti: Bakıda yağıntının miqdarı aylıq normanın 203-279%-ni təşkil edir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Anaklaudia Rosbax: WUF13-də mənzil mövzusuna diqqətin yönəldilməsi çox vacibdir
“CDS Defence” Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub
28 Dekabr 2020 13:24
2 604
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad olunan ərazilərimizdə teleradio yayımını bərpa edəcək.
İstehsalat Birliyindən verilən məlumata görə, qurumun mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə radio və televiziya yayımı xidmətlərinin qısa müddətdə tam bərpa olunması məqsədi ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Şuşa şəhərində işlər aparırlar.
Qeyd edək ki, Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən mövcud Radio-Televiziya Yayım Stansiyasının texniki binası və stansiyadakı avadanlıqlar ermənilər tərəfindən tamamən dağıdılıb, bəziləri isə demontaj olunaraq aparılıb, istismara yararsız vəziyyətə salınıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əməkdaşlarının hazırladığı tədbirlər planına uyğun olaraq işğaldan azad olunmuş rayonlarda radio-televiziya yayımının qısa müddətdə bərpa olunması məqsədi ilə hazırlıq görülür.
Belə ki, ilkin olaraq Şuşa və Xocavənd rayonunun Hadrut Radio-Televiziya Yayım Stansiyasının işinin bərpa edilməsi məqsədi ilə mövcud daxili imkan və ehtiyatlardan istifadə olunacaq.
Texniki hazırlıq işləri başa catdırılıb, Şuşa və Hadrut RTYS elektrik enerjisi ilə tam təmin olunduqdan sonra yayıma başlanacaq.
Nəticədə Hadrut və Şuşa Radio-Televiziya Yayım Stansiyasından yayımlanacaq ölkənin bütün telekanalları və 1 xarici kanal, eləcə də radio proqramları Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Şuşa, Xankəndi, Qubadlı, Xocalı, Əsgəran, Ağdam rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edəcək.