Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
3 Fevral 2021 14:35
2 730
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin 23 nəfərdən ibarət pirotexnik və istehkam qrupu Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Attaşeliyinin təşkilatçılığı ilə qardaş ölkədə Xüsusi Mina Axtarış və Təmizləmə kursunu müvəffəqiyyətlə bitirərək Azərbaycana qayıdıb.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, 3-29 yanvar 2021-ci il tarixlərində İzmir şəhərində İstehkam Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçirilmiş kurslarda iştirak edən FHN əməkdaşları ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi sahəsi üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər. Kursun yekununda şəxsi heyətə təlim-tədris prosesini bitirmələri barədə sertifikatlar təqdim olunub.
Bundan əlavə, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən ikitərəfli əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it də hədiyyə edilib. FHN-in kinoloqlarının həmin itlərin ölkəmizə gətirilməsi, həmçinin müvafiq sahədə bacarıqlarının artırılması məqsədilə Türkiyəyə ezam olunması üçün hazırlıq işləri görülür.
25 Sentyabr 18:21
1 162
25 Sentyabr 17:17
889
25 Sentyabr 17:16
847



