Milli Məclisin payız sessiyasının son gündəliyi Hadisə

Milli Məclisin payız sessiyasının son gündəliyi

"Milli Məclisin növbəti iclası dekabrın 30 da keçiriləcək. Bu, həm payız sessiyasının, həm də ümumilikdə 2014-cü ildə Milli Məclisin son iclası hesab olunur".
Bunu açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib.
O qeyd edib ki, iclasın gündəliyinə 21 məsələ daxildir. Payız sessiyasının son iclasında "Hərbi vəzifə və hərbi xidmət ", "Dövlət qulluğu", "Azərbaycan Respublikasının vətəndaşlığı" və digər qanunlara, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi məsələlərinə baxılacaq.
Akif Təvəkküloğlu bildirib ki, ənənəvi olaraq payız sessiyasının sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Milli Məclisin müraciətini də təsdiq edir.