Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_1/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Azərbaycan Demokratik Cümhuriyyətinə qarşı əsassız torpaq iddiaları və dövlətin siyasəti

Azərbaycan Demokratik Cümhuriyyətinə qarşı əsassız torpaq iddiaları və dövlətin siyasəti Hadisə

Azərbaycan Demokratik Cümhuriyyətinə qarşı əsassız torpaq iddiaları və dövlətin siyasəti

1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyəti ilə Osmanlı imperatorluğu arasındakı münasibətlərin öyrənilməsi çağımız üçün olduqca gərəklidir. Hər şeydən öncə bu, iki qardaş xalqın bəşəri örnək ölçüsündə bir-birinə münasibətini göstərir. Tarixi faktların təhlili göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi dövlət yönündə qurulması və təsdiqi ardıcıl haqqını sübut etdiyi qanlı savaşların gedişində gerçəkləşib. Demək olar, 23 aylıq dönəmdə Cümhuriyyətin gerçəkdən savaşsız geçən bir günü olmayıb. Ardıcıl olaraq Cümhuriyyətin çökdürülməsi üçün bir-birinin ardınca qanlı ssenarilər yaradılırdı. Bu dəhşətli zamanda türk qardaşlarımızın Cümhuriyyətimizə hərtərəfli yardımı tarixi faktlarla yazıda təhlil olunur.
Tarixçi Həsənbala Sadıqovun “Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı Gəncə” adlı əsərində Batum müqavilələrinin nəticələri haqqında bildirilir ki, Gürcüstan və Ermənistanın Osmanlı dövləti ilə imzalamış olduğu müqavilələrin xarakterinin müəyyən edilməsinə ehtiyac var. Gürcüstan və Ermənistanın Batum konfransındakı nümayəndələri çox halda bu müzakirələrə Osmanlı dövlətinin qorxusu ilə əlaqədar olaraq razı olduqlarını ifadə edirdilər. Lakin onlar bunu sözdə ifadə etsələr də, o zaman Transqafqazdakı reallığı dəyişmək imkanları yox idi. O zaman Transqafqazda yaranmış vəziyyət, mövcud hərbi imkanlardakı tarazlıq Osmanlı dövlətinin xeyrinə dəyişmişdi. Son bir neçə yüz il tarixində 1918-ci ilin yayında olduğu kimi Osmanlı dövlətinin Qafqazda bu cür imkanı və fürsəti olmamışdı. Osmanlı dövləti öz vəziyyəti ilə əlaqədar olaraq Qafqaz bölgəsində mövqeyini möhkəmləndirmək istəyirdi: “Lakin Osmanlı dövlətinin 1918-ci ilin yaz və yayında Qafqazdakı vəziyyətinə və missiyasına fərqli şəkildə qiymət verənlər də az deyildi. Hətta Osmanlı hərbi qüvvələri haqqında sanballı əsər yazmış müəlliflər də “bu iki dövlətin müstəqillikləri Osmanlı və Azərbaycanın xeyrinə məhdudlaşdırılıb” kimi tezislər də irəli sürə bilirlər. Azərbaycan tarixinin məhşur bilicilərindən olan T.Svyatoxovski də istifadə etdiyi mənbələrlə əlaqədar olaraq Ermənistanın 4 iyun 1918-ci ildə Osmanlı dövləti ilə imzaladığı müqavilə haqqında “bu müqavilə Ermənistanın böyük torpaq itirməsinə səbəb olmuşdu” kimi tezislərini də irəli sürür. Lakin müəllif ermənilərin nə zaman Qafqaza gəldiklərini və onların tarixi Azərbaycan torpaqlarında yerləşdiklərini bildiyi halda, onların hansı “böyük torpaq sahələrini itirməsindən” danışdığını tarix kitablarında tapmaq mümkün deyil.
Tarixçi H.Sadıqov yazır: “Bu tezislərlə razılaşmaq mümkün deyil. Birincisi, bu iki dövlətin müstəqilliyinin məhdudlaşdırılmadığını ondan görmək olar ki, tarixi Azərbaycan əraziləri Gürcüstana və Ermənistana verilib. Əgər müəllifin tezisi üç Transqafqaz respublikasının meydana gəldiyi dövrə aid edilirsə, ondan fərqli nəticələr çıxmalı idi. Belə görünür ki, guya Azərbaycan Osmanlı dövləti ilə milli və dini cəhətdən yaxın olduğuna görə üstün vəziyyətdə imiş. Bu halda təbii olaraq belə bir sual meydana çıxa bilir, Azərbaycan Osmanlı dövlətinin bu dəstəyindən lazımı şəkildə istifadə edə bildimi?
Həqiqət xatirinə qəbul edilməlidir ki, Azərbaycan Respublikası elan edildiyində onun bir sıra tarixi əraziləri Gürcüstan və Ermənistan tərəfindən əsassız olaraq, tarixi keçmiş nəzərə alınmadan, ya işğal edildi, ya da mübahisəli ərazilər olaraq elan olundu. Əslində o ərazilərin Azərbaycan tərəfindən heç biri mübahisəli ərazi deyildi. O yerlərin mübahisəliliyi Gürcüstanın və Ermənistanın tələbləri ilə əlaqədar meydana çıxmışdı. Azərbaycan Respublikası həqiqətən də Gürcüstanın və Ermənistanın müstəqilliyini məhdudlaşdırmış olsaydı, tarixi Borçalı vilayəti ilə əlaqədar tələbindən əl çəkməz və Osmanlı dövlətinin köməyilə onu ala bilərdi. Osmanlı imperiyası ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında imzalanmış müqavilədə üç respublika arasında olan sərhədlərin dəqiq müəyyən edilməsinə baxmayaraq, Ermənistanın saxta, əsassız və xəyali iddialarla buna imkan vermədi”.
1918-ci ildə Borçalıların Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası sədrinə göndərdikləri müraciətdə deyilirdi: “Bu torpağın pionerləri bizik, sayca əksər çoxluğu biz tuturuq, burada hakim xalq olmaq üçün hər cür ləyaqətimiz var. Ona görə də, Türkiyə Sultanına və böyük vəzirə müraciət edərək, bizim mərkəzi üsul-idarə Tiflis şəhərində olmaqla Türkiyənin himayədarlığı altında Qarapapaq adıyla yarımmüstəqil xanlıq kimi tanınmağımız və bizim Tiflis şəhəriylə birlikdə Azərbaycana birləşməyimiz xüsusunda məsələ qaldırırıq. İndi biz Azərbaycan hökumətindən rica edirik ki, bizə qarşı hələ də törədilən fəlakətlərə son qoyulması üçün gərəkli tədbirlər görülsün, evlərimizə, bütöv kəndlərimizə od vurulması, kəndlərin dağıdılması, müxtəlif yerlərdə əmlakımızın yağmalanması və qarət edilməsi sonucunda bizə dəyən zərərin nə qədər olduğunu, bu zərərin ödənilməsini, tezliklə bizə müsəlman kəndlərində güvənli yaşayışımızın təminatı üçün qoşun göndərilməsi imkanını aydınlaşdıracaq istintaq komissiyası təşkil edilsin. Ədalət və müqəddəs müsəlmançılıq haqları adına öz xeyirxahlığıyla hamıya bəlli olan Sizə Gürcüstanda yaşayan bütün Müsəlmanlar adından müraciət edirik (1337 (1918) ili Məhərrəm ayının 5-i).
İmzalar: “Gürcüstanda yaşayan bütün müsəlmanlar adından: Borçalının Sünnü təriqəti üzrə qazisi Allahyarzadə Yusif Əfəndi; Borçalının Şiə təriqəti üzrə qazisi Mühəmməd Şeyx Mühəmməd Əli; Borçalı Xeyriyyə Cəmiyyəti sədri və üzvləri, sədr, üzvlər: Qurban-Əli Əfəndi Xəlilzadə və İsa”.
Deməli, Azərbaycan Respublikası Gürcüstana qarşı olan imkanlarından istifadə etmədi və onun müstəqilliyini də məhdudlaşdırmadı, birlikdə mübahisələri həll etmək istədi. Gürcüstan hökuməti yanında səlahiyyətli nümayəndə adına Azərbaycan Cümhuriyyəti xarici işlər nazirinin 22 iyun 1918 tarixli məktubunda yazılırdı ki, “Öz ərazisinin sərhədlərini bəyan etməyə başlayan Azərbaycan Cümhuriyyəti hökuməti qarşılıqlı mənafeləri razılaşdırmaq və ümumi nöqteyi-nəzəri bərqərar etmək üçün qonşu dövlətlərlə, o sıradan da Gürcüstanla öncədən müzakirəyə girməyi özünə borc sayır. Hər iki ölkə xalqları arasında qədimdən var olmuş dostluq münasibətlərini qoruyub möhkəmləndirmək duyğularıyla fəaliyyət göstərən mənim hökumətim xüsusi qarışıq Gürcüstan–Azərbaycan sərhəd bölgüsü komissiyasının tezliklə təşkil edilməsi arzusunda olduğunu bildirir. Bu komissiya elə yaxın vaxtlardaca ərazilərimizin sərhəd bölgüsüylə ilgili bütün məsələlərin müzakirəsınə və çözümünə başlamalıdır. Bu yol mənim hökumətimə Qafqaz dövlətlərinin indiki mövqeyi ortamında meydana çıxa biləcək hər hansı anlaşılmazlığa yol verilməməsi baxımından daha məqsədəuyğun görünür. Hərgah Gürcüstan hökuməti mənim hökumətimin mövqeyinə şərikdirsə, təmsilçilərin sayını, onların Azərbaycan təmsilçiləriylə görüş yerini və sürəsini göstərməyi xahiş edirəm”.
Gürcüstan hökuməti Azərbaycanın çətinliklərini bildikdə ciddi diplomatik dildə danışdıqlarında Məhəmməd Əmin Rəsulzadə onlara eyni tərzdə cavab vermişdi. “Məhəmməd Əmin Rəsulzadə ilə söhbətində Gürcüstan nümayəndə heyətinin başçısı öz hökumətinin iddialarının qəti olduğunu göstərərək qeyd edirdi ki, əgər onların ərazi iddiaları təmin edilməsə, “qan tökməli olacaqlar”. Məhəmməd Əminin cavabı Azərbaycan hökumətinin bu məsələdə qətiyyətini göstərmək baxımından səciyyəvidir. O, Gürcüstan təmsilçisinə cavabında demişdi: “Nə etmək olar, əgər məcbur etsələr, qan da tökmək olar”. Borçalı Gürcüstana verildi, digər ərazidə, Zaqatala bölgəsində də xalq arasında rəy sorğusu-referendum keçirilməsi qərarlaşdırıldı.
Tarixçi vurğulayır ki, Ermənistanın müstəqilliyinin Azərbaycan tərəfindən məhdudlaşdırılması tezisinin də heç bir əsası yoxdur. Bu bir tarixi gerçəklikdir ki, ermənilər Rusiya tərəfindən XIX əsrin 30-cu illərindən başlayaraq tarixi Azərbaycan torpaqlarına yerləşdirilmişdilər. Svetoxovskinin dili ilə ifadə etsək, - “rus işğalından sonra İran və Osmanlı torpaqlarından köçən ermənilərin sayı sürətlə artdı. Türkmənçay müqaviləsindən sonra I Nikolay bu köçərilərin sıx olduqları İrəvan və Naxçıvan xanlıqlarının torpaqlarını əhatə edən erməni vilayətinin təşkilini elan etdi”.
H.Sadıqov: “Bu mənada Ermənistan Respublikası elan edildiyində onlar “tarixi erməni” “ərazisinə” deyil, Qafqaza yerləşdirildiklərində Rusiya çarının fərmanı ilə təşkil edilmiş erməni vilayətinə daxil olan yerlərə iddia edirdilər. Bu isə başdan-başa tarixi ədalətsizlikdən başqa bir şey deyildi.
Ermənistanın meydana çıxmasının özü belə Azərbaycan Respublikasının mövcud şəraitin ona vermiş olduğu imkanlardan istifadə etmədiyini aydın şəkildə göstərir. Beləliklə, mənbələrə görə, Brest-Litovsk və Batum müqavilələrinə görə 38 min kv.km ərazi və 250 min nəfər əhali Türkiyənin tərəfinə keçmişdi. Ermənistan müstəqillik əldə etdikdən sonra tarixi Azərbaycan torpaqları olan Borçalını da işğal etməyi planlaşdırmışdı. 1918-ci ilin dekabrında Ermənistan Borçalının cənub və şərqini təşkil edən torpaqları - Loru işğal edərək onun ərazisində, adını dəyişdirərək Tumanyan, Noyemberyan, Stepanavan və Taşık rayonlarını yaratdı. Ermənistan ayrıca da 13 noyabr 1918 tarixli şifroqramla Gürcüstandan Qori qəzasının Ahılkələk yörələrinin içəri qismini və Borçalı qəzasının Xram çayına qədər olan hissəsini Ermənistana verilməsini tələb etdi”.

Elçin Qaliboğlu