Füzulidən Şuşaya çəkilən yolun ərazisi minalardan təmizlənir Hadisə

Füzulidən Şuşaya çəkilən yolun ərazisi minalardan təmizlənir

“Bu, Şuşa yoludur. Füzuli rayonundan Şuşaya qədər çəkiləcək yoldur. Biz bu yolun 150 m enində, 34 km uzunluğunda minalardan təmizlənməsi barədə bizə göstəriş verilib. Bura ən çox minalanmış sahədir”.

Bunu APA-nın Füzuli rayonunda minatəmizləmə əməliyyatını izləyən əməkdaşına açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz İnzibati Mərkəzinin təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib.

O, hazırda yolun 17-ci km-də təmizləmə əməliyyatı aparıldığını deyib: “Hazırda yolun 17-ci km-liyində, Füzuli rayonun Alxanlı və Seyidəhmədli kəndləri arasında təmialəmə əməliyyatı aparırıq. İndiyədək burada 200 min kv.metr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Təmizlənmə nəticəsində tank əleyhinə 207, piyada əleyhinə 168 mina və 5 ədəd partlamamış hərbi sursat aşkarlanıb”.