31 Mart 2021 12:18
4 221
Xalq artisti Bəsti Cəfərova xəstəxanaya yerləşdirilib.
Bu barədə APA-ya qızı Fidan Cəfərova məlumat verib.
O, anasının COVID-19 testinin pozitiv çıxdığını və bu gün səhər “Yeni Klinika”ya yerləşdirildiyini deyib: "Bir neçə gün idi ki, anamda hərarət, halsızlıq, ürəkbulanma var idi. İki gün əvvəl test verdi və cavab bu gün çıxdı. Hazırda xəstəxanadadır. Həkimlər səhhətinin stabil olduğunu deyirlər".
20:43
497
20:42
483
19:20
553